Şəmkirdə baş verən yol-nəqliyyat hadisələrində 2 nəfər xəsarət alıb

Şəmkirdə baş verən yol-nəqliyyat hadisələrində 2 nəfər xəsarət alıb
# 04 noyabr 2015 06:53 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Çaparlı kənd sakini, 1992-ci il təvəllüdlü Fərid Əliyev idarə etdiyi “QAZ 31” markalı avtomobili kənd ərazisində aşırıb. Qəza zamanı F. Əliyev müxtəlif bədən xəsarətləri alıb.

Başqa bir hadisə isə Şəmkir şəhəri ərazisində qeydə alınıb. Rayon sakini, 1989-cu il təvəllüdlü Rəşad Namazovun idarə etdiyi “VAZ 2106” markalı avtomobil “Niva” markalı maşınla toqquşub. Nəticədə R. Namazov müxtəlif bədən xəsarətləri alıb.

Hər iki yaralı Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktlar üzrə Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR