Qusarda qətl törədən şəxs tutulub

Qusarda qətl törədən şəxs tutulub
# 29 sentyabr 2015 10:06 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 28-də Qusar rayonunun Əniğ kəndində kənd sakini Zeybala Əliyev münaqişə zəminində həmkəndlisi Nuviddin Soltanova bıçaqla xəsarət yetirib, hadisə yerini tərk edib. N.Soltanov isə hadisə yerində ölüb.

Qusar rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Əliyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR