Vladimir Putin Yaqub Eyyubova "Dostluq" ordenini təqdim edib

Vladimir Putin Yaqub Eyyubova "Dostluq" ordenini təqdim edib
# 10 mart 2016 12:13 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya prezidenti Vladimir Putin Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubovu mükafatlandırıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremldə keçirilən mükafatlandırma mərasimində Vladimir Putin "Dostluq" ordenini Yaqub Eyyubova təqdim edib. Tədbirdə çıxış edən Rusiya prezidenti Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri də olan Y. Eyyubovun iki ölkə arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi, iqtisadi və mədəni əlaqələrin inkişafına verdikləri böyük töhfələrə görə Rusiyanın dövlət mükafatına layiq görüldüyünü söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR