"Azəriqaz" abonentlərinin sayını açıqlayıb

"Azəriqaz" abonentlərinin sayını açıqlayıb
# 12 aprel 2016 09:39 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2016-cı ilin mart ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 17 040 yeni abonent qeydiyyata alınıb ki, bunun da 3 286-sı Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 13 754-ü isə regionların payına düşüb. “Azəriqaz” İB-dən “APA-Economics”ə verilən xəbərə görə, ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 887 877-ə çatıb.

Onu da qeyd edək ki, 1 aprel 2016-cı il tarixinə olan məlumata görə, əhali sektoru üzrə 129 029 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 354 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR