"Nar" abunəçiləri balans və internet trafiklərinə nəzarət edə biləcəklər

"Nar" abunəçiləri balans və internet trafiklərinə nəzarət edə biləcəklər
# 07 aprel 2016 13:31 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Nar” öz abunəçilərinin rahatlığını düşünərək, 2016-cı ilin fevral ayında internet trafiki və balansı asanlıqla idarə etmək imkanı yaradan “eNəzarət” xidmətini təqdim edib.

Mobil operatordan “APA-Economics”ə verilən məlumata görə, xidmət hər hansı bir internet səhifəsinə daxil olduqda, istifadə edilən cihazın ekranında ortaya çıxaraq, abunəçiyə balansındakı məbləğə və internet trafikinə nəzər yetirmək, balansı artırmaq, eləcə də internet paketini aktivləşdirmək imkanı verir.

“Nar” tərəfindən təqdim edilən bu yenilik abunəçilərin böyük rəğbətini qazanıb. Belə ki, qısa müddət ərzində 220 mindən artıq “Nar” abunəçisi bazarda unikal sayılan “eNəzarət” xidmətinin təqdim etdiyi imkanlardan yararlanıb.

Balansa və internet trafikinə nəzarət imkanı ilə yanaşı, “Nar” öz abunəçilərinə yenilənmiş və daha sərfəli internet paketlərini də təqdim edib. “Nar” istifadəçiləri gücləndirilmiş və yenilənmiş şəbəkədən yararlanaraq, sərfəli qiymətlərlə daha çox çeşidli və limitsiz internet paketlərindən istifadə edə bilirlər.

Abunəçilərin rahatlığını düşünən “Nar” yenilənmiş və yüksəksürətli “Turbo” paketlərini də limitsiz edib. İndi paket bitdikdən sonra belə abunəçilər trafikin istifadə müddəti bitənə qədər pulsuz olaraq internetdən istifadə edə bilirlər.

“eNəzarət” xidmətindən istifadə qaydaları və yenilənmiş internet paketləri haqqındakı daha ətraflı məlumatı mobil operatorun internet səhifəsindən əldə edə bilərsiniz: www.nar.az

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR