"Bakcell" abunəçiləri "Facebook"a pulsuz çıxış imkanı əldə edəcək

"Bakcell" abunəçiləri "Facebook"a pulsuz çıxış imkanı əldə edəcək
# 02 mart 2016 12:53 (UTC +04:00)

Bakı - APA-Economics. "Bakcell" şirkəti Novruz bayramının gəlişi ilə əlaqədar Azərbaycanda ilk dəfə olaraq öz abunəçilərinə nadir hədiyyəsi barədə elan edir.

Mobil operatordan "APA-Economics"ə verilən məlumata görə, martın 1-dən 31-dək "Bakcell" şəbəkəsinə qoşulan hər bir yeni abunəçi "Facebook" tətbiqinə 6 aylıq pulsuz çıxış imkanı əldə edəcək. Bunun üçün onlar sadəcə əvvəlcədən ödənilmiş ("prepaid" ) "Bakcell" SİM kartını almalı və *515*1#YES kodunu yığaraq bu kampaniyaya qoşulmalıdırlar. Bu yeni kampaniya şəbəkədən istifadə edərkən pula qənaət etməyə imkan yaradacaq.

CIN və ya Klass tarif paketlərinin hər hansı birindən istifadə edən mövcud "Bakcell" abunəçiləri də sadəcə *515*1#YES kodunu yığaraq bu kampaniyadan faydalana biləcəklər. Bu halda, nömrənin balansından 0,99 manat məbləğində birdəfəlik haqq çıxılacaq.

6 ay ərzində "Facebook"a pulsuz çıxış imkanı aylıq olaraq, nömrənin balansına hər ay 3 manat vəsait yükləmək şərti ilə təqdim edilir.

"Facebook"a pulsuz çıxış qaydası tətbiqin və "Facebook Messenger" tətbiqinin bütün istifadə növlərinə (o cümlədən, FB Messenger tətbiqi vasitəsilə mesajlaşma, fotoşəkil və fayl paylaşma xidmətlərinə) şamil edilir. "Facebook" tətbiqindən başqa səhifələrə yönləndirmə, eləcə də "Facebook Messenger" vasitəsilə edilən səsli və video zənglərə görə adi qaydada haqq tutulacaqdır.

“Novruz bayramı baharın gəlişini təcəssüm etdirən son dərəcə gözəl bir ənənədir. Bu gözəl bayrama hazırlıqlar bayram şənliklərinə hələ bir ay qalmış başlanır. Super yüksək sürətli mobil internet xidmətindən faydalanan abunəçilərimizin əksəriyyəti sosial şəbəkələrdən fəal şəkildə istifadə edirlər. Azərbaycan “Facebook”un fəal istifadəsinə görə dünyada ilk yerlərdən birini tutur. Biz bu kampaniyaya qabaqcadan, ayın əvvəlindən başladıq ki, insanlar öz hisslərini paylaşmağa indidən başlaya və bu təklifdən tam faydalana bilsinlər. Biz bilirik ki, bir çox insanlar üçün "Facebook" əslində "internetdir". Elə buna görə də biz inanırıq ki, bu təklif "Bakcell" abunəçilərinin şəbəkədə məhdudiyyətsiz ünsiyyətdə olmaları və öz doğmaları və dostları ilə daha yaxın olmaları üçün əlavə stimul yaradacaq", - deyə "Bakcell"in baş marketinq direktoru Maria Toyçeva bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR