Bu il SOCAR qaz hasilatını 7%-dən çox azaldıb

Bu il SOCAR qaz hasilatını 7%-dən çox azaldıb
# 10 avqust 2016 11:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin iyul ayında SOCAR tərəfindən 530,9 min kubmetr qaz hasil edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 12,30% azdır.

"APA-Economics" SOCAR-ın açıqladığı statistik rəqəmlərə istinadən xəbər verir ki, bu ilin iyun ayı ilə müqayisədə isə SOCAR-ın iyul ayında qaz hasilatını 3,69% azalıb.

Bu ilin yanvar-iyul aylarında Dövlət Neft Şirkəti tərəfindən həyata keçirilən təbii qaz hasilatı 3 693,0 min kubmetrə bərabər olub ki, bu da 2015-ci ilin yeddi ayı ilə müqayisədə 7,15% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 543,1 min, fevral ayında 504,4 min, mart ayında isə 547,8 min, aprel ayında 519,2 min, mayda 535,6 çin, iyun ayında isə 512 min kubmetr təbii qaz hasil edilib.

Bu ilin iyul ayında bütün ölkə üzrə 2 542,9 min kubmetr qaz hasil edilib ki, bu da 2015-ci ilin eyni ayı ilə müqayisədə 3,03% çoxdur. Bu ilin iyun ayı ilə müqayisədə isə bu rəqəm 2,87% çoxdur.

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 17 480,9 min kubmetr təbii qaz hasil olunub ki, bu da 2015-ci ilin yeddi ayı ilə müqayisədə 1,94% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 2 520 min, fevral ayında 2 368 min, mart ayında 2 583 min, aprel ayında isə 2 474,9 min kubmetr, mayda 2 520,1, iyun ayında isə 2 472 min təbii qaz hasil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR