Sabiq konqresmen: "Seçicilər Azərbaycan üçün vacib olan bu prosesdə iştirakın əhəmiyyətini anlayırlar"

Sabiq konqresmen: "Seçicilər Azərbaycan üçün vacib olan bu prosesdə iştirakın əhəmiyyətini anlayırlar"
# 01 noyabr 2015 11:50 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Fikirləşirəm ki, insanlar bu prosesin ədalətli və demokratik proses olduğunu hiss edirlər”.

APA-nın məlumatına görə, bunu ABŞ Konqresinin sabiq üzvü Co Baka deyib. O bildirib ki, seçicilər Azərbaycan üçün vacib olan bu prosesdə iştirak etməyin əhəmiyyətini anlayırlar: “Digər gözəl məqam ondan ibarətdir ki, bəzi valideynlər öz övladları ilə seçki məntəqələrinə gəlir. Bu, uşaqlara seçkinin əhəmiyyətini anlatmaq üçün gözəl nümunədir. Həmçinin seçkinin bazar günü keçirilməsi daha çox insanın iştirak etməsinə şərait yaradır”.

Konqresin digər sabiq üzvü Solomon Ortiz 12 seçki məntəqəsində olduqlarını deyib: “İlk növbədə insanlar çox mehribandırlar. Onlar bizimlə ünsiyyətdə olurlar və bizi seçki məntəqələri ilə yaxından tanış edirlər. Seçki məntəqələrində bir tərəfdə müşahidəçilər əyləşir, digər tərəfdə müxtəlif partiyaları təmsil edən şəxslər prosesi müstəqil şəkildə izləyirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR