Ekvadorda 2 tona yaxın kokain müsadirə edilib

Ekvadorda 2 tona yaxın kokain müsadirə edilib
# 14 mart 2016 04:07 (UTC +04:00)

Bakı-APA. Ekvadorda Qalapaqos adaları yaxınlığında polis 2 ton kokain müsadirə edib.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Daxili işlər nazirliyinin məlumatında deyilir.


Narkotik maddələr Şimali Amerika istiqamətində üzən gəmidə xüsusi əməliyyat nəticəsində aşkar edilib.


Bildirilir ki, əməliyyat Kolumbiya və ABŞ xüsusi xidmət orqanlarının dəstəyi ilə həyata keçirilib.


Məlumata görə, müsadirə olunan narkotik maddələrin qara bazarda qiyməti 40 milyon dollara yaxındır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR