Balakəndə 116 yaşlı seçici səs verib

Balakəndə 116 yaşlı seçici səs verib
# 26 sentyabr 2016 13:07 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakəndə 116 yaşlı seçici səs verib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, 109 saylı Balakən Dairə Seçki Komissiyası üzrə 39 seçki məntəqəsi fəaliyyət göstərir.

Dairədə qeydiyyatda olan vətəndaşların sayı 43.555 nəfərdir, onlardan 365 nəfəri ilk dəfə səs verir. Dairənin 8 məntəqədə veb-kamera quraşdırılıb. Dairə üzrə 384 müşahidəçi qeydə alınıb. 3 məntəqədə “exit-poll” keçirilir.

109 saylı DSK-nın Qullar kəndində təşkil edilən 12 saylı məntəqənin ən yaşlı seçicisinin 116 yaşı var. Rayonun Acılıxbinə yaşayış məntəqəsində yaşayan Fatma Səməddinovanın referendumda iştirak etməsi üçün yaşadığı ünvana daşınan qutu aparılıb.

Fatma Səməddinova bildirib ki, 1900-cü ildə Şəki rayonunun Baş Laysqı kəndində anadan olub və ötən əsrin 30-cu illərindən Balakəndə yaşayır.

112 saylı Qax Dairə Seçki Komissiyası üzrə 58 seçki məntəqəsi fəaliyyət göstərir. Dairə üzrə qeydiyyatda olan seçicilərin sayı 42080 nəfərdir, onlardan 942 nəfəri ilk dəfə səs verəcək gənclərdir. Dairənin 8 məntəqədə veb-kamera quraşdırılıb. Dairə üzrə 590 müşahidəçi qeydə alınıb. 7 məntəqədə “exit-poll” keçirilir.

APA-nın əməkdaşının müşahidə apardığı Qax şəhəri 1 və 2 saylı məntəqələrdə ilk saatlardan seçici aktivliyi müşahidə olunub.

DSK üzrə qeydiyyatda olan iki seçicinin yaşı 100-dən çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR