Bu il Azərbaycanda kompüter və elektrik avadanlıqlarının istehsalı artıb

Bu il Azərbaycanda kompüter və elektrik avadanlıqlarının istehsalı artıb
# 17 avqust 2016 12:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda kompüter və elektron məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahələrində 86,6 mln. manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə kompüter və elektron məhsullarının istehsalı 0,8%, elektrik avadanlıqlarının istehsalı isə 2,2 dəfə artıb.

Yeddi ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı 2,0 dəfə, monitorların istehsalı 102,4 dəfə artıb, məişət soyuducularının istehsalı 31,4%, 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 94,9% azalıb.

Bununla yanaşı, hesabat dövründə 8,2 min ədəd qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatları istehsal edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR