Ukraynada sabiq partiya sədri saxlanılıb

Ukraynada sabiq partiya sədri saxlanılıb
# 30 iyul 2016 09:42 (UTC +04:00)

Bakı - APA. Ukraynanın Regionlar partiyasının sabiq rəhbəri Aleksandr Yefremov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

APA-nın məlumatına görə, bu barədə Ukraynanın Baş prokuroru Yuriy Lutsenko öz "Facebook" səhifəsində yazıb.

"Ukraynanın ərazi bütövlüyünə təcavüzdə şübhəli bilinən A. Yefremov saxlanılıb", - Baş prokuror yazıb.

Hadisənin detalları məlum deyil.

Xatırladaq ki, 2015-ci ilin fevral ayında A. Yefremova terrorçuluğun maliyyələşdirilməsi maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR