Azərbaycan ərazisində günəşli hava davam edəcək - VİDEO

Azərbaycan ərazisində günəşli hava davam edəcək - <span style="color: red;">VİDEO
# 04 noyabr 2015 09:49 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bakı və Abşeron yarımadasında noyabrın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər zəif duman olacağı, yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 6-10, gündüz 14-17, Bakıda gecə 7-9, gündüz 15-17 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şərq rayonlarında çiskinli olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR