Akif Əlizadə: “Şəxs adlarına nəzarət funksiyası Terminologiya Komissiyasından alınmalıdır”

Akif Əlizadə: “Şəxs adlarına nəzarət funksiyası Terminologiya Komissiyasından alınmalıdır”
# 29 fevral 2016 13:07 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Terminologiya Komissiyası şəxs adlarının tənzimlənməsindən imtina etməlidir. Şəxs adlarına nəzarət Azərbaycan dilinin inkişafına uyğun gəlmir”. APA-nın xəbərinə görə, bunu AMEA prezidenti, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədri, akademik Akif Əlizadə deyib.

Akademik qeyd edib ki, şəxs adlarına nəzarət Terminologiya Komissiyasına xas xüsusiyyət deyil.

İclasda şəxs adlarına nəzarətin Terminologiya Komissiyasından alınması təklif olunub. Bildirilib ki, Terminologiya Komissiyasının əsasnaməsində şəxs adları ilə bağlı hər hansı bir bənd yoxdur.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Akademiyanın tərkibində, Rəyasət Heyətində şəxs adları ilə bağlı ayrıca komissiya yaradılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR