Bakıda məscidə ibadətə gələn şəxs qarət olunub

Bakıda məscidə ibadətə gələn şəxs qarət olunub
# 27 aprel 2016 12:55 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda məsciddən oğurluq edilib.

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun H. Babaşov küçəsində yerləşən məsciddə qeydə alınıb. Məscidə ibadət etməyə gələn, Bakı şəhər sakini, Rövşən Qüdrət oğlu Mustafayevin gödəkcəsinin cibindən 32 manat, 144 ABŞ dolları, texniki pasport, 2 ədəd kart, 2 ədəd mobil telefon, açarlar, sürücülük və şəxsiyyət vəsiqələri naməlum şəxs tərəfindən oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR