Dövlət Komitəsi və diaspor nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər

Dövlət Komitəsi və diaspor nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər
# 30 dekabr 2015 12:13 (UTC +04:00)

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Dövlət Komitəsinin kollektivi və diaspor nümayəndələri Heydər Əliyevin xatirəsini yad edərək məzarı önünə əklil qoyublar.

Oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə əklil qoyulub.

1991-ci ilin dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi haqqında qərar qəbul edib. Həmin ildən etibarən 31 dekabr dünya azərbaycanlılarının həmrəylik günü kimi qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR