Barak Obama Azərbaycan prezidentini Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib

Barak Obama Azərbaycan prezidentini Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib
# 06 yanvar 2016 12:26 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevi 2016-cı ildə Vaşinqtona keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici siyasət şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, dəvət məktubu 3 dekabr 2015-ci ildə göndərilib. Prezident Obama məktubunda Azərbaycanın qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirdiyini qeyd edib. “Ümidvaram ki, Azərbaycan nüvə və radioloji töküntülərinin qadağası üçün xüsusi səylərini davam etdirəcək”, - deyə ABŞ prezidenti bildirib.

Qeyd edək ki, IV Nüvə Təhlükəsizliyi Sammiti 31 mart - 1 apreldə Vaşinqtonda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR