Ekvadorda zəlzələ nəticəsində ölənlərin sayı 587 nəfərə çatıb - YENİLƏNİB

Ekvadorda zəlzələ nəticəsində ölənlərin sayı 587 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 22 aprel 2016 04:42 (UTC +04:00)

Bakı-APA. Ekvadorda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 587 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ekvador Prokurorluğunun məlumatında bildirilir. Bundan əvvəl ölənlərin sayının 577-yə çatdığı bildirilmişdi.

Məlumata görə, ölənlərdən 539 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

174 nəfər Manta şəhərində ölüb, 172 nəfər – Pedernales şəhərində, daha 116 nəfər isə Portovyexo əyalətində ölüb.

**** 23.50

Bakı-APA. Ekvadorda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 577 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ekvador Prokurorluğunun məlumatında bildirilir.

Məlumata görə, 174 nəfər Manta şəhərində ölüb, 172 nəfər – Pedernales şəhərində, daha 116 nəfər isə Portovyexo əyalətində ölüb.

Zəlzələ qurbanları arasında 20 əcnəbinin də olduğu bildirilib. Son məlumata görə, onların arasında Kolumbiya, Kuba, Dominikan Respublikası, Böyük Britaniya, İrlandiya, Kanada, İtaliya və Almaniya vətəndaşları var.

Qeyd edək ki, 7,8 bal gücündə olan yeraltı təkanlar yerli vaxtla 23.58-də (Bakı vaxtı ilə 03.58-də) Muisne yaşayış məntəqəsindən 28 km cənub-şərqdə qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR