Nazarbayev: "Poroşenko Donbas məsələsində kompromisə hazırdır"

Nazarbayev: "Poroşenko Donbas məsələsində kompromisə hazırdır"
# 16 avqust 2016 12:48 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Qazaxıstan prezidenti Nursultan Nazarbayev rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı Ukrayna prezidenti Pyotr Poroşenkonun kompromisə hazır olduğunu bildirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, N. Nazarbayev Ukrayna prezidentinin ona zəng etdiyini və Donbasa xüsusi statusun verilməsi ilə bağlı qanunun qəbuluna Ukrayna parlamentində çoxluğa sahib olmamasının mane olduğunu bildirib.

“Digər məsələləri həll etmək lazımdır. Mən də hesab edirəm ki, o, kompromislərin tapılmasına meyllidir, lakin nəyəsə görə onlar tapılmır. Bütün bu məsələlər təbii ki, Rusiyaya əlavə yükdür, ancaq onların hamısı həll olunandır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR