Rusiya və Türkiyə birgə investisiya fondu yaradacaq

Rusiya və Türkiyə birgə investisiya fondu yaradacaq
# 09 oktyabr 2016 01:59 (UTC +04:00)

Bakı-APA. Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bu gün Ankarada rusiyalı həmkarı Aleksey Ulyukayevlə Rusiya -Türkiyə birgə investisiya fondunun yaradılması planına dair bəyanat imzalayacaq.

Bu barədə APA “RİA Novosti”yə istinadən xəbər verir.

Zeybekçinin sözlərinə görə, yaradılacaq fond üçüncü ölkələrə birgə sərmayələrin maliyyələşdirilməsinin təmin edilməsini nəzərdə tutur.

Qeyd edək ki, Aleksey Ulyukayev bundan əvvəl Rusiya və Türkiyənin azad ticarət zonasına dair sazişin imzalanmasına yaxınlaşdığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR