Rusiya Azərbaycana qaz tədarükün artırır

 Rusiya Azərbaycana qaz tədarükün artırır
# 26 dekabr 2015 08:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. SOCAR prezidenti Rövnəq Abdullayevin Rusiyanın Sankt-Peterburq şəhərində “Qazprom” şirkətinin İdarə Heyətinin rəhbəri Aleksey Miller ilə işgüzar görüşü baş tutub.

Bu barədə “APA-Economics” “Qazprom” şirkətinə istinadən məlumat verib.

Məlumata görə, görüşdə qaz sahəsində iki tərəfli əməkdaşlığın hazırkı durumu müzakirə olunub. Müzakirələrdə əsas diqqət Rusiya qazının Azərbaycana ixracı məsələsinə yönəlib.

Xüsusilə, ölkədə təbii qaz istehlakında artım perspektivləri nəzərə alınmaqla tədarükün artırılması imkanları nəzərdən keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR