Mövlud Çavuşoğlu Con Kerri ilə Fətullah Gülənin ekstradisiyasını müzakirə etməyib

Mövlud Çavuşoğlu Con Kerri ilə Fətullah Gülənin ekstradisiyasını müzakirə etməyib
# 17 iyul 2016 05:32 (UTC +04:00)

Bakı-APA. Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Con Kerri ilə telefon danışığı zamanı aydın izah edib ki, ölkədəki çevrilişə cəhdinin arxasında Fətullah Gülənin tərəfdarları durur, lakin onun ABŞ-dan ekstradisiyası məsələsini birbaşa müzakirə etməyib.

APA-nın verdiyi xəbərə görə, bunu Mövlud Çavuşoğlu “Röyters”ə müsahibəsində bildirib.

“Bizim dünənki danışığımızda ekstradisiya məsələsi birbaşa müzakirə edilməyib. Lakin mən Kerriyə aydın izah etdim ki, cəhd ABŞ-da yaşayan Gülən və onun Silahlı Qüvvələrdəki tərəfdarları tərəfindən təşkil olunub”, - deyə Mövlud Çavuşoğlu bildirib.

“İndi ordunu fəttulahçılardan təmizləmək lazımdır. Təmizləmə işləri başa çatandan sonra Silahlı Qüvvələrimiz daha da qüdrətlənəcək, əsgərlərimiz daha da güclənəcək, NATO-ya daha yaxşı dəstəyi və əlaqələndirməni təmin edəcək”, - deyə Mövlud Çavuşoğlu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR