Bakıda avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var

Bakıda avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var
# 21 aprel 2016 01:04 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bakının Sabunçu rayonu ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, Ramana qəsəbəsində yüksək sürətlə hərəkətdə olan “Volkswagen Passat” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil işıq dirəyinə çırpılıb.

Qəza zamanı sürücü xəsarət almasa da, sərnişinlər - 49 yaşlı Təzəgül Əzimzadə və 56 yaşlı Sultan Əzimzadə xəsarətlər alıb. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıblar.

Yaralı sərnişinlərə ilkin tibbi yardım göstərilib. Həkimlər müayinədən sonra yaralıların vəziyyətinin orta ağır olduğunu bildiriblər.

Hadisə yerində polis əməkdaşları olublar. Sürücünün ifadəsi alınıb. Yararsız vəziyyətə düşən avtomobil cərimə meydançasına aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR