Əfsanəvi alman əsilli bakılı kəşfiyyatçının 120 illik yubileyi qeyd olunub

Əfsanəvi alman əsilli bakılı kəşfiyyatçının 120 illik yubileyi qeyd olunub
# 30 sentyabr 2015 08:20 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Azərbaycan Hərb Tarixi Muzeyində əfsanəvi kəşfiyyatçı, Bakıda anadan olmuş alman əsilli Rixard Zorgenin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.


APA-nın məlumatına görə, tədbir şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi və dövlət himnimizin oxunması ilə başlanıb.


APA TV-nin R. Zorge barədə hazırladığı qısametrajlı filmin nümayişindən sonra Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə kəşfiyyatçının həyatı və hərbi fəaliyyəti barədə danışıb. Sovet Baş Kəşfiyyat İdarəsinin əməkdaşı, İkinci Dünya Müharibəsi zamanı Almaniya, Çin, Yaponiya və Avropanın bir sıra ölkələrində “Ramzay” adı altında böyük agentura şəbəkəsinə nəzarət etmiş R. Zorgenin ən mühüm fəaliyyətlərindən biri 1940-1941-ci illərdə Yaponiyada əməliyyat xidmətində olarkən SSRİ mənbələrinin Adolf Hitler tərəfindən başladıla biləcək hücum barədə məlumat verməsidir. Əfsanəvi kəşfiyyatçının ölümündən 20 il sonra - 1964-cü il noyabrın 5-də SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə R. Zorge Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.


R. Zorge həm də siyasi elmlər sahəsində özünü sınamış savadlı və istedadlı bir xadim kimi tanınıb, 1919-cu ilin avqust ayında siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. R. Zorgenin ictimai xadim və kəşfiyyatçı kimi fəaliyyəti bir sıra hərbi məktəblərdə öyrənilir və təbliğ olunur.


Tədbirdə Azərbaycan Hərb Tarixi Muzeyinin Hərb tarixi şöbəsinin rəisi Gülşən Hüseynova çıxış edib, R. Zorge adına 90 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə kompozisiya nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR