Azərbaycanda kreditlərin sığortasına maraq kəskin azalıb

Azərbaycanda kreditlərin sığortasına maraq kəskin azalıb
# 10 avqust 2016 13:03 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanda kreditlərin sığortasına maraq kəskin azalıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar-iyun aylarında kreditlərin sığortası ilə bağlı toplanan sığorta haqqı 3029 manat olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 145 dəfə azdır. Qeyd edək ki, ötən ilin 6 ayında kreditlərin sığortası ilə bağlı 436 901 manat sığorta haqqı toplanıb.

Statistikaya nəzər salanda məlum olur ki, kreditlərin sığortası ilə bağlı ödənişlərdə də azalma qeydə alınıb. Belə ki, əgər ötən ilin yanvar-iyun aylarında kreditlərin sığortalanmasına görə, 95 834 manat sığorta ödənişi verilibsə, bu ilin eyni dövründə bu göstərici 31 464 manata bərabər olub. Başqa sözlə, kreditlərin sığortasına görə ödənişlər 3 dəfədən çox azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR