Yavər Camalov Çin nümayəndə heyəti ilə görüşüb

Yavər Camalov Çin nümayəndə heyəti ilə görüşüb
# 29 sentyabr 2016 10:19 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bu gün müdafiə sənayesi naziri Yavər Camalov “ADEX-2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisinə qatılan Çinin ”Poly Technologies” şirkətinin vitse-prezidenti Dai Ninqin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dai Ninq “ADEX-2016” sərgisinin yüksək səviyyədə təşkil olunduğunu xüsusi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR