Narışkin: “Rusiya Cənubi Qafqazda sülhün bərpa olunmasında digər ölkələrdən daha çox maraqlıdır"

Narışkin: “Rusiya Cənubi Qafqazda sülhün bərpa olunmasında digər ölkələrdən daha çox maraqlıdır"
# 04 aprel 2016 10:46 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolu dialoq və kompromisdən keçir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin deyib. O bildirib ki, sülhün bərpa olunması yolu hər zaman və hər yerdə dialoq və kompromisdən keçir: “Bu dialoq və kompromisi hər iki tərəflə daim axtarmaq lazımdı”.

S. Narışkin Rusiyanın bu çətin və ağır münaqişə boyu Minsk Qrupunda münaqişənin həllinə cəhd etmək üçün intensiv iş apardığını və bundan sonra da aparacağını söyləyib: “Deməliyəm ki, Rusiya Cənubi Qafqazda sülhün bərpa olunmasında digər ölkələrdən daha çox maraqlıdır".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR