Paytaxtda "Audi" yolu keçən iki qadını vurub

Paytaxtda "Audi" yolu keçən iki qadını vurub
# 16 mart 2016 01:23 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Ötən gecə Bakının Nərimanov rayonunda ağır yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, "Audi" markalı avtomobillə hərəkətdə olan 34 yaşlı Nəzərov Cavid Etibar oğlu yolu keçmək istəyən iki piyadanı vurub.

Piyada keçidində vurulan piyadalar 48 yaşlı Sənubər Hacıyeva və xalası qızı 48 yaşlı Raifə İsayeva olub. Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar. Dərhal əməliyyat olunan yaralıların vəziyyətinin orta ağır olduğu bildirilib.

Qəzanı törədən sürücü Cavid Nəzərov sərxoşluğun müəyyənləşdirilməsi məntəqəsinə aparılıb. Onun sərxoş olmadığı məlum olub. Avtomobil cərimə meydançasına aparılıb. Qəzaya yüksək sürətin səbəb olduğu ehtimal edilir. Faktla əlaqədar araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR