SOCAR neft hasilatını 3% azaldıb

SOCAR neft hasilatını 3% azaldıb
# 30 dekabr 2015 12:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin noyabr ayında SOCAR tərəfindən 673 min ton neft hasil edilib.

"APA-Economics"in SOCAR-ın statistik rəqəmlərinə istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin noyabr ayı ilə müqayisədə 1,51% azdır. Bu ilin oktyabr ayı ilə müqayisədə isə SOCAR neft hasilatını 3,16% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 712,3 min ton, fevral ayında 641,9 min ton, mart ayında 717,2 min ton, aprel ayında isə 684,2 min ton, may ayında 706,5 min ton, iyun ayında 675,5 min ton, iyul ayında 702,5 min ton, avqust ayında 699,2 min ton, sentyabr ayında isə 674,8 min ton, oktyabr ayında isə 695 min ton neft hasil edilib

Bu ilin yanvar-noyabr aylarında ümumilikdə 7 582,1 min ton neft hasil edilib ki, bu da 2014-cü ilin on bir ayı ilə müqayisədə 1,49% azdır.

Bu ilin noyabr ayı ərzində ölkə üzrə 3 275 min ton neft hasil edilib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 17,84% çoxdur. Bu ilin oktyabr ayı ilə müqayisədə isə bu rəqəm 7,81% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 3 667,6 min ton, fevral ayında 3 293,0 min ton, mart ayında 3 722,1 min ton, aprel ayında isə 3 549,3 min ton, may ayında 3426,3 min ton, iyun ayında isə 3314,0 min ton, iyul ayında 3 531,9 min, avqust ayında isə 3 387,0 min, sentyabr ayında isə 3 501 min, oktyabr ayında isə 3 558 min ton neft hasil edilib

Bu ilin yanvar-noyabr aylarında ölkə üzrə ümumilikdə 38 225,2 min ton neft hasil edilib ki, bu da 2014-cü ilin ilk on bir ayı ilə müqayisədə 3,35% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR