Tovuzda 21 yaşlı qız yoxa çıxıb

Tovuzda 21 yaşlı qız yoxa çıxıb
# 13 yanvar 2016 13:51 (UTC +04:00)

Tovuz. Azər Məmmədli - APA. Tovuz rayonunda 21 yaşlı qız yoxa çıxıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Əyyublu kənd sakini, 1995-ci il təvəllüdlü Məhərrəmova Zülfiyyə Nizami qızı yaşadığı evdən gedib və geri qayıtmayıb.

Bununla bağlı araşdırma aparan hüquq-mühafizə orqanların əməkdaşları Z. Məhərrəmovanın yaşadığı evdə qan izləri aşkar ediblər. Məlumata görə, ötən gün itkin düşən Z. Məhərrəmova sonuncu dəfə evdə qardaşı 1999-cu il təvəllüdlü Səmədov Anar Nizami oğlu ilə olub.

Hazırda Tovuz rayon Prokurorluğunun əməkdaşları hadisə yerində araşdırma aparırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR