MSK İlyas İsmayılovun şikayətini əsassız sayıb

MSK İlyas İsmayılovun şikayətini əsassız sayıb
# 17 noyabr 2015 13:41 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar 106 saylı Tovuz- Qazax-Ağstafa Seçki Dairəsində deputatlığa namizədliyi qeydə alınmış İV çağırış Milli Məclisin deputatı İlyas İsmayılovun şikayətinə baxılıb.

APA-nın məlumatına görə, MSK katibi Arifə Muxtarova deyib ki, İ. İsmayılov şikayətində 106 saylı Tovuz- Qazax-Ağstafa Seçki Dairəsində seçkinin nəticələri ilə bağlı müvafiq Dairə Seçki Komissiyasının (DSK) qərarının ləğv edilməsini xahiş edib.

A. Muxtarova deyib ki, şikayət İ. İsmayılovun etibarlı nümayəndəsi Mütəllim Rəhimlinin adından verilib. İ. İsmayılov noyabrın 2-də M. Rəhimliyə notariusda etibarnamə verib, ancaq M. Rəhimli həmin 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsinin seçicisi deyil. Çünki qanunvericiliyə əsasən etibar edilən şəxs seçkidə ən azı həmin dairənin seçicisi olmalıdır. MSK sədri Məzahir Pənahov qeyd edib ki, bu, pozuntu halı olsa da, MSK şikayətlərə baxılmasına üstünlük verdiyi üçün İ. İsmayılovun M. Rəhimli tərəfindən və onun imzası ilə təqdim olunan şikayətini araşdırmağa qərar verib.

A. Muxtarova nəzərə çatdırıb ki, şikayət araşdırılarkən M. Rəhimli ilə əlaqə saxlanılıb, o isə şikayətə əlavəsinin olmadığını açıqlayıb. İ. İsmayılovla bağlı şikayətdə qeyd edilib ki, seçki dövründə pozuntulara yol verilib, buna görə də DSK-nın qərarı ləğv olunmalıdır: “MSK-nın apardığı araşdırma zamanı isə DSK-nın katibi və bir üzvünün üzrlü səbəbdən iclasda iştirak etmədiyi üzə çıxıb. Şikayətinə təqdim edilən bir disk isə müşahidəçi ilə seçki komissiyasının arasında olan söhbətdir, orada da hər hansı pozuntu halı aşkarlanmayıb. Şikayət üzrə 11 məntəqə ilə bağlı da araşdırma aparılıb, hər hansı qanun pozuntusu aşkarlanmayıb”.

MSK İ. İsmayılovun şikayətinin əsassız sayılması barədə qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR