FİFA Moskvada keçiriləcək dünya çempionatının oyunlarının başlanma saatlarını açıqlayıb

FİFA Moskvada keçiriləcək dünya çempionatının oyunlarının başlanma saatlarını açıqlayıb
# 03 dekabr 2015 15:14 (UTC +04:00)

Bakı – APA. FİFA 2018-ci ildə Rusiyanın paytaxtı Moskvada keçiriləcək dünya çempionatının oyunlarının başlanma saatlarını açıqlayıb. Apasport.az saytı xəbər verir ki, turnirin açılış matçı iyunun 14-də, yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 19:00) start götürəcək.

Turnirin ən tez başlayacaq görüşü iyunun 16-da Moskva vaxtı ilə 13:00-da keçiriləcək. Elə həmin gündə mundialın ən gec qarşılaşması baş tutacaq (22:00). Digər günlərdə isə oyunlar saat 15:00-21:00 aralığında təşkil olunacaq.

“Lujniki” stadionunda təşkil olunacaq final görüşünün start fiti 18:00-da veriləcək.

Qeyd edək ki, mundialın final mərhələsinin püşkatması 2017-ci il, dekabrın 1-də keçiriləcək. Turnir iyunun 14-dən iyulun 15-nə qədər davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR