Alman tələbələr BANM-in “Bakı Yay Neft Məktəbi”ndə iştirak edəcəklər

Alman tələbələr BANM-in “Bakı Yay Neft Məktəbi”ndə iştirak edəcəklər
# 14 sentyabr 2016 12:21 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbində (BANM) “Bakı Yay Neft Məktəbi”nin açılış mərasimi keçirilib.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, Ali Məktəbin yay məktəbi keçirmək üçün təklif etdiyi layihə Alman Akademik Mübadilə Xidmətinin “Şərqə Doğru” Proqramı çərçivəsində maliyyələşdirilmək üçün qəbul edilib. Layihə rəhbəri BANM-in Keyfiyyətin Təminatı Şöbəsinin əməkdaşı Aytən Şadlinskayadır.

Rektor Elmar Qasımov tədbirdə Ali Məktəbin əldə etdiyi uğurlar, həyata keçirilən layihələrdən danışıb. BANM-də bu layihənin reallaşmasının, o cümlədən Almaniyanın müxtəlif nüfuzlu universitetlərində təhsil alan 6 tələbənin bu layihədə iştirakından məmnunluğunu bildirib.

DAAD-nin Bakıdakı informasiya mərkəzinin nümayəndəsi Stefani Dufo bildirib ki, bu layihə ikinci dəfədir, BANM-də həyata keçirilir.

Layihə rəhbəri, BANM-in Keyfiyyətin Təminatı Şöbəsinin əməkdaşı Aytən Şadlinskaya layhə haqqında qısa məlumat verərək iştirakçıları təqdim edib.

Qeyd edək ki, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) “Şərqə Doğru” Proqramının çərçivəsində BANM-in təşkil etdiyi “Bakı Yay Neft Məktəbi”ndə Almaniyanın müxtəlif nüfuzlu universitetlərində təhsil alan 10 mütəxəssis iştirak edəcək. Sentyabrın 14-dən 24-dək BANM-də keçiriləcək layihə çərçivəsində tələbələrə BANM-in professor-müəllim heyəti Azərbaycanın Enerji Siyasəti, Qlobal Neft Sənayesi, Neft və qaz quyularının qazılmasında tətbiq olunan yeniliklər, Bərpaolunan enerji mənbələri mövzularında dərslər tədris edəcək. Tələbələr akademik biliklərə yiyələnməklə yanaşı, Şəkiyə gedəcək, Qobustan milli tarixi incəsənət muzeyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi ilə tanış olacaq, Heydər Əliyev məscidini ziyarət edəcəklər. Tələbələr Sənqaçal Neft Terminalı, palçıq vulkanları, tarixi neft quyuları, neft muzeyi və s. bu kimi əhəmiyyətli yerlərə də gedəcəklər.

Proqramı uğurla tamamlayan iştirakçılar BANM tərəfindən sertifikatlarla mükafatlandırılacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR