ATƏT PA-nın yekun bəyannaməsi qəbul olunub

ATƏT PA-nın yekun bəyannaməsi qəbul olunub
# 05 iyul 2016 10:02 (UTC +04:00)

Tbilisi. Nizami Məmmədzadə - APA. ATƏT Parlament Assambleyasının Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən illik sessiyası başa çatıb.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, toplantıda yekun bəyannamə qəbul olunub.

Bəyannamədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin hərbi eskalasiyasından narahatlıq ifadə olunur. ATƏT regionunda həlli uzanan münaqişələrin mövcud danışıqlar formatı və mexanizmləri çərçivəsində həllində ATƏT sədrliyinin aktiv iştirakı alqışlanır. Sənəddə parlamentarlar Dağlıq Qarabağ münaqişəsi zonasında ədavətin daha da artmasının qarşısını almaq məqsədilə etimad yaradıcı tədbirlərin görülməsi və tərəflərin Minsk Qrupu çərçivəsində hərtərəfli sülh sazişi üzrə danışıqların aparılması istiqamətində iradə nümayiş etdirməsi üçün tərəfləri həvəsləndirməyə çağırılır. Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada münaqişə nəticəsində evlərindən didərgin düşmüş insanların təhlükəsiz şəraitdə evlərinə qayıdışı hüququ təsdiqlənir.

Xatırladaq ki, ATƏT PA-nın illik sessiyası 1-5 iyul tarixlərində Tbilisidə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR