Bu gündən psixoloqların diaqnostik qiymətləndirilməsinə başlanılır

Bu gündən psixoloqların diaqnostik qiymətləndirilməsinə başlanılır
# 24 dekabr 2019 08:00 (UTC +04:00)

Bu gündən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılır.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, diaqnostik qiymətləndirmə bu ilin 24-28 dekabr tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında keçiriləcək. İmtahanda 2700-dək psixoloqun iştirakı nəzərdə tutulur. Test imtahanında namizədlərə 90 dəqiqə ərzində psixologiya üzrə 60 test tapşırığı təqdim olunacaq. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək. İmtahana gələn namizədlərdən şəxsiyyəti təsdiq edən sənədin əsli tələb olunacaq.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilmə tarixi barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR