Deputat: “Nikah müqavilələrinin bağlanması çox düzgündür”

Deputat: “Nikah müqavilələrinin bağlanması çox düzgündür”
# 23 may 2018 10:12 (UTC +04:00)

"Hazırda ölkədə vətəndaşlar arasında dini nikah-kəbin çox bağlanır, amma bu, onlar arasındakı nikahın daha da möhkəmlənməsinə xidmət etməlidir”.

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisdə keçirilən dəyirmi masada deyib. Millət vəkili ölkədə münasibətdə olan əks cinslər arasında bir sıra hallarda nikahın bağlanmamasından narahatlığını bildirib.

“Dini nikah bir mənəvi dəstəkdir. Amma gələcəkdə mütləq elə bir addım atmalıyıq ki, tərəflər arasında nikah müqavilələri də bağlansın. Mülkiyyət münasibətləri, alimentin verilməməsi, uşaqların valideynlərə göstərilməməsi ilə bağlı rəsmi qurumlara müraciətlər, şikayətlər edilir. Buna görə də nikah müqavilələri bağlanmalıdır. Bəzən gəlini gətirirlər və onu evdə qeydiyyata salmırlar ki, birdən sabah əmlaka iddiaçı olar. Bu baxımdan nikah müqavilələrinin bağlanması çox düzgündür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR