Bakı Fond Birjasının dövriyyəsi 2,7 dəfə artıb

Bakı Fond Birjasının dövriyyəsi 2,7 dəfə artıb
# 12 iyul 2018 08:30 (UTC +04:00)

2018-ci ilin yanvar-iyun ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 2,7 dəfə artaraq 11 mlrd. 728 mln. 182 min 930 manat təşkil edib.

APA-Economics”in məlumatına görə, bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəlinə nəzər salanda məlum olur ki, 2017-ci ilin altı ayı ilə müqayisədə bu ilin eyni dövründə qiymətli kağızlar bazarı 5,43 dəfə artaraq 6 mlrd. 6 mln. 692 min 380 manat təşkil edib.

Pay və borc alətləri bazarı isə azalıb. Başqa sözlə, son 1 ildə pay bazarı 9,49 dəfə azalaraq 68 mln. 557 mln. 475 manata, borc alətləri bazarı 8,88% azalaraq 336 mln. 971 min 747 manat olub.

Törəmə Maliyyə Alətləri Bazarında (Forex) isə vəziyyət ürəkaçan olub. Müqayisə olunan dövrdə Törəmə Maliyyə Alətləri Bazarı 2,2 dəfə artaraq 4 mlrd. 849 mln. 801 min 251 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR