Türkiyə "C-400" sistemlərinin satın alınması üçün Rusiya ilə danışıqlar aparır

Türkiyə "C-400" sistemlərinin satın alınması üçün Rusiya ilə danışıqlar aparır
# 18 noyabr 2016 10:53 (UTC +04:00)

Türkiyə orta və uzaq mənzilli "C-400" zenit-raket komplekslərinin satın alınması üçün Rusiya ilə danışıqlar aparır.

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin müdafiə naziri Fikri İşıq deyib. O bildirib ki, danışıqlar tək Rusiya ilə deyil, digər ölkələrlə də aparılır: “Hazırda Rusiyanın bu məsələ ilə bağlı mövqeyi müsbətdir. Ümid edirəm ki, NATO-ya üzv ölkələr buna ciddi yanaşacaqlar və bizim sistem alyansın tələblərinə uyğun olacaq. Yekun məqsədimiz bu sistemi özümüzdə istehsal etməkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR