Xalça Muzeyində Anarla görüş keçirilib

Xalça Muzeyində Anarla görüş keçirilib
# 06 mart 2017 14:51 (UTC +04:00)

Azərbaycan Xalça Muzeyində Mədəniyyət və Turizm Nazirliyinin “Söz” ədəbiyyat layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarla görüş təşkil olunub. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüş yazıçının 2016-cı ildə Moskvada nəşr olunan kitabına həsr edilib.

“Время” nəşriyyat evinin dərc etdiyi “Sizsiz” adlı kitaba yazıçının valideynləri haqqında xatirələri, kinopovestləri (Paris, İvan Bunin, “Şamaxı şahzadəsi” Ünbülbanu”), dostları olan rus ədibləri haqqında xatirələri (Konstantin Simonov, Vasiliy Aksyonov, Rimma Kazakova) və “Gecə düşüncələri” silsiləsi daxildir. Bu il isə «Художественная литература» nəşriyyat evi yazıçının seçilmiş əsərlərindən ibarət iki cildlik nəşr etdirib.

Xalq yazıçısı ilə görüş şairə Nigar Həsənzadənin dialoqu əsasında təşkil olunub. Gecədə əməkdar artistlər Mehriban Zəki və Mələk Abbaszadənin ifasında yazıçı Anarın rus şairlərindən etdiyi tərcümələr səslənib.

Tədbirdə müğənni Lalə Məmmədova sözləri Anara, musiqisi Emin Sabitoğluna aid olan mahnı ifa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR