Ukrayna DİN Azərbaycan şirkətlərinə aid yüklərin oğurlanması məsələsini nəzarətə götürüb

Ukrayna DİN Azərbaycan şirkətlərinə aid yüklərin oğurlanması məsələsini nəzarətə götürüb
# 08 aprel 2017 11:34 (UTC +04:00)

Ukrayna Daxili İşlər Nazirliyi son vaxtlar ölkədə ardıcıl olaraq Azərbaycan şirkətlərinə məxsus yüklərin oğurlanması məsələsinə diqqət ayırmağa başlayıb.

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov APA-ya bildirib ki, təşkilatın və Azərbaycanın Ukraynadakı səfirliyinin vasitəçiliyi ilə zərər çəkmiş iş adamları adından İvano-Frankovsk vilayəti Azərbaycanlıları Konqresinin sədri, iş adamı Mətləb Nəcəfov DİN-də qəbul olunub. Onu Ukrayna DİN-in Cinayət-axtarış şöbəsinin rəisi, general-mayor Roman Kravçenko qəbul edib. R. Kravçenko M. Nəcəfova azərbaycanlı iş adamları ilə bağlı vəziyyəti nəzarətə götürdüklərini və yaxın vaxtlarda nəticə olacağını deyib.

Qeyd edək ki, son günlər Ukraynada Azərbaycanın “Azərsun Holding”, “Veysəloğlu”, “Dapna LTD” və digər şirkətlərinə məxsus yüklərin olduğu 18-dək ağır tonnajlı maşınlar naməlum şəxslər tərəfindən oğurlanıb. Yük maşınlarının hər birinin maddi dəyərinin 200-300 min ABŞ dolları olduğu bildirilir. Yerli hüquq-mühafizə orqanları hadisədən xeyli vaxt keçməsinə baxmayaraq, hər hansı ölçü götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR