Kanada şirkəti işğal altında olan Azərbaycan ərazilərini telefon zənglərinin çatdırıldığı məntəqələr siyahısından çıxarıb

Kanada şirkəti işğal altında olan Azərbaycan ərazilərini telefon zənglərinin çatdırıldığı məntəqələr siyahısından çıxarıb
# 02 iyun 2015 08:17 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın Kanadadakı səfirliyi bu ölkədə fəaliyyət göstərən İmpact Telecom (Startec) telekommunikasiya şirkəti tərəfindən Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin “Nagorno-Karabakh” adı altında telefon zənglərinin çatdırıldığı məntəqə kimi göstərildiyini müəyyən edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya bildirib ki, səfirlik tərəfindən məsələ ilə əlaqədar Azərbaycanın narahatlığı və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların Ermənistan tərəfindən işğal edilməsi faktı İmpact Telecom (Startec) şirkətinin nəzərinə çatdırılıb və Azərbaycanın ərazisi olan “Dağlıq Qarabağ”ın şirkətin saytından çıxarılması və bu kimi zənglərin dayandırılması məsələsi qaldırılıb.

İmpact Telecom (Startec) şirkətinin cavab məktubunda Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin telefon zənglərinin çatdırıldığı məntəqələr sırasında göstərilməsi ilə əlaqədar təəssüf ifadə olunaraq, onun siyahıdan çıxarıldığı barəsində məlumat verilib.

Zənglərin çatdırıldığı məntəqələrin siyahısının vahid siyahı əsasında şirkət tərəfindən əldə edildiyi və sistemi yükləndiyi bildirilib.

Məktubda eləcə də İmpact Telecom (Startec) şirkətinin Azərbaycanın ərazi bütövlüyü və Azərbaycan xalqı, Kanadada yaşayan Azərbaycan diasporu və ya Azərbaycana zəng edən hər hansı şəxsə qarşı qərəzli mövqe tutmaqdan tamamilə kənar olduğu qeyd olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR