Rusiyada bazarda Azərbaycan vətəndaşı bıçaqlanıb, vəziyyəti ağırdır

Rusiyada bazarda Azərbaycan vətəndaşı bıçaqlanıb, vəziyyəti ağırdır
# 22 yanvar 2017 11:52 (UTC +04:00)

Rusiyada bazarda 39 yaşlı Azərbaycan vətəndaşı bıçaqlanıb.

APA-nın “life.ru” saytına istinadən verdiyi məlumata görə, hadisə yanvarın 21-də saat 11.00 radələrində Peterburqun Frunze rayonunda Sofiysk tərəvəz bazarında dava-dalaş zamanı baş verib.

Satıcılar bıçaqlanan şəxsi görüb və təcili yardım çağırıblar. Baş, boyun, sinəsindən çoxlu bıçaq zərbələri olan gənc ağır vəziyyətdə Canelidze adına xəstəxanaya yerləşdirilib.

Qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR