Avropa Liqasının III təsnifat mərhələsinin cütləri bəlli olub

Avropa Liqasının III təsnifat mərhələsinin cütləri bəlli olub
# 24 iyul 2015 07:09 (UTC +04:00)

Bakı – APA. Avropa Liqasında III təsnifat mərhələsinin cütləri müəyyənləşib. Apapsort.az saytının məlumatına görə, qarşıdakı raundun 58 iştirakçısının tam siyahısı dəqiqləşib.

Üz-üzə gələcək 29 cütdən ikisi Azərbaycan təmsilçisinin iştirakı ilə keçiriləcək. Topaz Premyer Liqasının gümüş mükafatçısı “İnter” İspaniya “Atletik”i (Bilbao), bürünc medalçısı “Qəbələ” isə Kipr “Apollon”u ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu mərhələnin oyunları iyulun 30-da və avqustun 6-da baş tutacaq.

Avropa Liqası

III təsnifat mərhələsi

“Sürix” (İsveçrə) - "Dinamo" (Minsk, Belarus)

"Kayrat" (Qazaxıstan) - "Aberdin" (Şotlandiya)

“Bordo” (Fransa) - AEK (Kipr)

“Alkmaar” (Hollandiya) - “İstanbul Başakşehir” (Türkiyə)

"Jilina" (Slovakiya) - “Vorskla” (Ukrayna)

"Debretsen" (Macarıstan) - "Rusenburq" (Norveç)

PAOK (Yunanıstan) - "Spartak" (Trnava, Slovakiya)

“Atletik” (İspaniya) - "İNTER" (AZƏRBAYCAN)

"Apollon" (Kipr) - "QƏBƏLƏ" (AZƏRBAYCAN)

AİK (İsveç) - “Atromitos” (Yunanıstan)

"Vest Hem" (İngiltərə) - "Astra" (Rumıniya)

"Volfsberger" (Avstriya) - “Borussiya” (Dortmund, Almaniya)

“Standard” (Belçika) - "Jelezniçar" (Bosniya və Herseqovina)

“Altax” (Avstriya) - “Vitoriya” (Portuqaliya)

“Krasnodar” (Rusiya) - "Slovan" (Slovakiya)

Hayduk" (Xorvatiya) - "Stromsqodset" (Norveç)

"Rabotniçki" (Makedoniya) - "Trabzonspor" (Türkiyə)

"Brondbü" (Danimarka) - "Omoniya" (Kipr)

“Sauthempton” (İngiltərə) - “Vitess” (Hollandiya)

“Şturm” (Avstriya) - “Rubin” (Rusiya)

"Şarlerua" (Belçika) - “Zarya” (Ukrayna)

“Sampdoriya” (İtaliya) - "Voyvodina" (Serbiya)

"Kukesi" (Albaniya) - "Legiya" (Polşa)

“Yablonets” (Çexiya) - "Kopenhagen" (Danimarka)

“Tırqu Mureş” (Rumıniya) - “Sent-Etyenn” (Fransa)

“Belenenseş” (Portuqaliya) - "Höteborq" (İsveç)

“Slovan” (Çexiya) - “Hapoel” (Kiryat-Şmona, İsrail)

"Tyun" (İsveçrə) - Vaduts" (Lixtenşteyn)

"Elfsborq" (İsveç) - "Odd Qrenland" (Norveç)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR