Ötən il Azərbaycanda qadın cinsiyyət orqanlarının bədxassəli törəmələrindən 543 qadın ölüb

Ötən il Azərbaycanda qadın cinsiyyət orqanlarının bədxassəli törəmələrindən 543 qadın ölüb
# 04 dekabr 2019 09:51 (UTC +04:00)

Ötən il qadın cinsiyyət orqanlarının bədxassəli yenitörəməsi diaqnozu ilə ilk dəfə qeydə alınan xəstələrin sayı 977 nəfər olub.

Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 4-ü 18-29, 16-sı 30-34, 18-i 35-39, 226-sı 40-59, 104-ü 60 və yuxarı yaş qruplarına malik olmaqla 368 nəfəri uşaqlıq boynunun xərçəngi xəstəsidir.

2-si 18-29, 2-si 30-34, 6-sı 35-39, 135-i 40-59, 128-i 60 və yuxarı yaş qruplarına aid olmaqla 273 nəfər uşaqlıq cisminin xərçəngi, 1-i 14-17, 12-si 18-29, 2-si 30-34, 10-u 35-39, 192-si 40-59, 119-u 60 və yuxarı yaş qrupuna malik olmaqla 336 nəfər yumurtalığın xərçəngi diaqnozu ilə qeydiyyata alınıb.

Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2018-ci ildə ölkə üzrə qadın cinsiyyət orqanlarının bədxassəli yenitörəmələrindən ölən qadınların sayı 543 nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR