Tərcümə Mərkəzi Rusiyada keçirilən kitab sərgisində iştirak edir

Tərcümə Mərkəzi Rusiyada keçirilən kitab sərgisində iştirak edir
# 04 sentyabr 2015 10:23 (UTC +04:00)

Mərkəzdən APA-ya verilən məlumata görə, sərgidə 400-dən artıq rus, 50-dən çox xarici ölkə nəşriyyatlarının, poliqrafiya müəssisələrinin məhsulları ilə yanaşı Mərkəzin nəşrləri də nümayiş etdirilir.

Açılış günü milli stendi Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları ziyarət edib və nəşrlərlə yaxından tanış olublar. “Bu səviyyəli sərgilər Azərbaycanın kitab müstəvisində baş verənlərin dünya oxucusuna təqdim olunmasında bir pəncərə rolunu oynayır.” – deyən Tərcümə Mərkəzinin Aparat rəhbəri Yaşar Əliyev Sərgi çərçivəsində yeni və önəmli əlaqələrin də qurulduğunu bildirib.

Sentyabrın 6-a qədər davam edəcək sərgidə maraqlı tədbirlərin düzənləcəyi, məşhur şair və yazıçılarla görüşlərin keçiriləcəyi də nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR