Fransanın tanınmış akkordeon ifaçısı Azərbaycana gəlib

 Fransanın tanınmış akkordeon ifaçısı Azərbaycana gəlib
# 25 oktyabr 2017 14:54 (UTC +04:00)

Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində Fransanın tanınmış akkordeon ifaçısı Rişar Qalyano azərbaycanlı jurnalistlərlə görüşüb.

APA-nın məlumatına görə, sənətçi festival çərçivəsində Azərbaycanla Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə keçiriləcək konsertdə çıxış edəcək.


İfaçı bildirib ki, Bakıya səfər etməkdən məmnundur və azərbaycanlı musiqiçilərlə birgə konsert verməyi səbirsizliklə gözləyir:"Artıq konsertin hazırlıqlarına başlamışıq. İnanıram ki, bu konsert uzun müddət caz pərəstişkarlarının yaddaşlarında qalacaq. Azərbaycan musiqiçiləri iıə tanışlığın məndə xoş təəssürat yaradacağına əminəm".

Tədbirdə iştirak edən Fransanın Azərbaycandakı səfiri Orelia Buşez qeyd edib ki, bu festival ölkələr arasındakı mədəniyyət əlaqələrinin genişləndirilməsi üçün önəmlidir: "Bu il keçirilən festival bizim üçün xüsusi önəm daşıyır. Çünki bu festivalda bizi məşhur Rişard Qalyano təmsil edəcək. O, nəinki Fransada, dünyada caz janrının yaşayan əfsanəsidir".

Qeyd edək ki, Rişard Qalyanonun 50-dən çox diski işıq üzü görüb. O, 1997-ci ildə "Nyu-York Tango" albomuna görə Victoire de la Musique Jazz, incəsənət və ədəbiyyat üzrə Zabit Ordeni, eyni zamanda SACEM mükafatına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR