Azərbaycanın mədənçıxarma sənayesi 2% böyüyüb

Azərbaycanın mədənçıxarma sənayesi 2% böyüyüb
# 15 avqust 2015 10:12 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda sənayenin mədənçıxarma bölməsində istehsalın həcmi 10,1 mlrd. manat olmaqla əvvəlki ilin yanvar-iyul aylarının səviyyəsini 2% üstələyib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin yeddi ayında ölkədə xam neft və təbii qaz hasilatı 9222,6 mln. manat həcmində olub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,6% azdır.

Bu müddət ərzində metal filizlərinin hasilatının həcmi 30,3% artaraq 48,8 mln. manat təşkil edib.

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda daş, qum, çınqıl, duz və digərmədənçıxarma sənayesi məhsullarının hasilatının həcmi 3,8% artaraq 22,9 mln. manat həcmində olub.

İlin əvvəlindən avqustun əvvəlinə qədər olan müddətdə ölkədə mədənçıxarma sənayesi sahələrinə xidmətlərin göstərilməsinin həcmi 764,2 mln. manat olub ki, bu da 2014-cü ilin yanvar-iyul aylarındakı dövrə nisbətdə 99,7% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR