Səfir: “Koreya və Azərbaycan bir çox sahədə əməkdaşlıq edir"

Səfir: “Koreya və Azərbaycan bir çox sahədə əməkdaşlıq edir"
# 11 dekabr 2019 13:08 (UTC +04:00)

"1992-ci ildə diplomatik münasibətlər qurulduqdan bəri Koreya və Azərbaycan bir çox sahədə, o cümlədən siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlıq əlaqələrini möhkəmləndirməkdədir".

APA-nın məlumatına görə, bunu Rəsmi statistik məlumatların istehsalında İKT və kadr potensialının gücləndirilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Koreya Statistika Komitəsinin birgə konfransında çıxış edən Koreyanın Azərbaycandakı səfiri Tong-op Kim bildirib.

Səfir deyib ki, iki ölkə liderinin qarşılıqlı səfərləri də daxil olmaqla, ölkələr arasında yüksək səviyyədə münasibətlər davam etdirilməkdədir: "Bunun bariz nümunəsi kimi bu ilin oktyabr ayında Koreya Milli Assambleyası sədrinin Azərbaycana rəsmi səfərini göstərmək olar. Hər iki ölkənin şirkətləri arasında tikinti, İT və istehlak mallarının idxalı kimi müxtəlif sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq davam etməkdədir. Bundan əlavə, Koreya mədəniyyətində populyarlığı ilə seçilən qlobal tədbirlər fonunda Azərbaycanda da Koreya adət-ənənələrini və mədəniyyətini tanıdan ictimai, diplomatik tədbirlər həyata keçirilməkdədir".

Səfir deyib ki, ikitərəfli əlaqələrin inkişafı üçün göstərilən səylər arasında beynəlxalq əməkdaşlıq layihələri də həyata keçirilir: "Beynəlxalq İnkişafa Yardım sahəsində əməkdaşlıq və qrant layihələri də gerçəkləşdirilir. Koreya dünyanın ən kasıb ölkələri siyahısında olmasına baxmayaraq, qısa müddətdə modernləşmə və sənayeləşməyə nail olan ölkələrdən biridir. Koreya nəinki Tokio Beynəlxalq Əməkdaşlıq təşkilatı ilə, digər qurumlarla da qrant layihələr həyata keçirir. Bu gün təqdim edilən Azərbaycanın statistika potensialı layihəsi ikili əməkdaşlığın bariz nümunəsidir”.

Səfir əlavə edib ki, bu gün Azərbaycan zəngin təbii sərvətlərə malik ölkə olmaqla yanaşı, qeyri-neft sektorunu təşviq edən Dövlət Proqramını həyata keçirməkdədir: "Bu ciddi prosesdə dəqiq milli statistikanın hazırlanması və təmin edilməsi Azərbaycanın bugünkü və gələcək istiqamətini dəqiq göstərməyə xidmət edəcək. İki ölkə arasında statistika sahəsində həyata keçirilən əməkdaşlığın əhəmiyyətli olacağına və bu işə böyük töhfə verəcəyinə əminəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR