Nazir Ramin Quluzadənin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Nazir Ramin Quluzadənin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
# 05 dekabr 2017 07:29 (UTC +04:00)

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Salyan şəhərində dekabrın 8-nə nəzərdə tutulan qəbulunun vaxtı dekabrın 15-nə dəyişdirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, həmin tarixdə saat 12:30-da R.Quluzadə Salyan şəhərində Salyan, Neftçala, Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.


Vətəndaşlardan [email protected] elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

Bunun üçün:

Salyan rayonunda 02125 50655

Neftçala rayonunda 02126 33628

Biləsuvar rayonunda 02529 51565

Cəlilabad rayonunda 02524 52248

Cəbrayıl rayonu üzrə 02638 43899

nömrəli telefonlara zəng etmələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR