Ötən il “Azərsu” istehlakçılara 252 mln. kubmetr içməli su satıb

Ötən il “Azərsu” istehlakçılara 252 mln. kubmetr içməli su satıb
# 04 iyun 2018 12:19 (UTC +04:00)

Ötən il “Azərsu” ASC 2016-cı ilə nisbətən hesabat dövründə göstərilən xidmətlərin ümumi dəyəri 2,1%, yığılan məbləğ isə 37,1% artıb.

"APA-Economics" xəbər verir ki, bu barədə məlumat Hesablama Palatasının Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində əks olunub.

Sənəddə qeyd olunub ki, 2017-ci ildə “Azərsu” tərəfindən istehlakçılara 251,5 mln. kubmetr içməli su satılıb, 169,9 mln. kubmetr həcmində tullantı suların axıdılması xidməti göstərilib, yığım səviyyəsi 119,5% olub.

Hesabat ili ərzində həmçinin, abonentlərin sayğaclaşma səviyyəsi 77,8%-ə çatdırılıb, müxtəlif diametrli 95,5 km su və 20,5 km kanalizasiya xətləri çəkilib və ya təmir edilib, 37 ədəd yeni elektrik mühərriki quraşdırılıb, 592 ədəd elektrik mühərriki təmir olunub, 5,2 km. yeni elektrik verilişi xətti çəkilib və ya əsaslı təmir olunub, xidmət olunan ərazilər üzrə əhalinin 50,9%-nin mərkəzləşdirilmiş su təchizatı sistemindən istifadəsi təmin olunmaqla su alan əhalinin 66,9%-nə xidmətdən fasiləsiz rejimdə yararlanmaq imkanı yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR